PSJ-dən "Roma"ya
PSJ-nin yarımmüdafiəçisi Leandro Paredes karyerasını "Roma"da davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Roma" klubu 29 yaşlı argentinalıya Nemanya Matiçə mümkün əvəzləyici kimi baxır. Paredes artıq 2014-2017-ci illərdə “Roma”da çıxış edib, sonra “Zenit”ə keçib.
Paredes ötən mövsüm icarə əsasında "Yuventus"da çıxış edib. O, Turin komandasının heyətində bütün yarışlarda 35 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.