PSJ fransalı ulduzla maraqlanır

"Olimpik Lion"u tərk edəcəyi gözlənilən Rayan Şerki karyerasını digər Liqa 1 təmsilçisində davam etdirə bilər.

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, 20 yaşlı hücumçunun xidmətində PSJ klubu maraqlıdır.

Gənc ulduz futbolçu 2019-cu ildən "Lion"un əsəs komandasında çıxış edir.

Xəbərdə bildirilir ki, "Borussiya Dortmund" və "Vest Hem" klubları da Şerkini heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Rayan Şerki bu mövsüm "Lion" forması ilə 39 oyunda 3 qol vurub, 9 asist edib.Onun klubla müqaviləsi 2025-ci ilin iyuluna qədərdir.