PSJ futbolçusunu şantaj edib

“PSJ” klubu “Barselona”nın heyətinə qatılmaq istəyən futbolçusunu şantaj edib.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, bu barədə Marko Verattinin meneceri bu barədə açıqlama verib.

Di Kampli “ Verratti “Barselona”ilə şəxsi razılıq əldə etmişdi. Amma, “PSJ” rəhbərliyi futbolçunu klubdan qovacağını və karyerasına son qoyacağını demişdi”, - deyib.

Qeyd edək ki, Marko Verratti 2013-cü ildən Fransa klubunun şərəfini qoruyur.