PSJ gənc ulduzun transferinə hazırlaşır
PSJ-nin baş məşçqisi Luis Enrike "Lion"un gənc forvardı Bredli Barkolanın xidmətində maraqlıdır.
Sportline.az RMC Sport nəşrinə istinadla xəbər verir ki, ispaniyalı mütəxəssis artıq 20 yaşlı futbolçu ilə ilkin danışıq aparıb.
"Lion"un hələ ki, futbolçunun transfer qiymətini açıqlamadığı bildirilir.
Son mövsümdə 35 oyunda meydana çıxan Barkola 7 qol və 10 asist müəllifidir.