PSJ Lamin Yamal üçün 250 milyon avro ödəyə bilər

Kilyan Mbappenin boşluğunu doldurmaq istəyən PSJ klubu "Barselona"nın gənc oyunçusu üçün fantastik təklif etməyi planalyır.

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, parislilər 16 yaşlı Lamin Yamal üçün Kataloniya klubuna 250 milyon avroluq təklif göndərəcək.

"Barselon"a daha əvvəl ispaniyalı futbolçu üçün gələn 200 milyon avroluq təklifdən imtina etmişdi.Onlar, Lamin Yamalı heyətdə tutmaq fikrindədirlər.

Qeyd edək ki, gənc ulduz ötən mövsüm bütün turnirlər daxil olmaqla 50 oyuda 7 qol vurub, 10 asist edib.