PSJ Mbappenin müqaviləni yeniləməsini və ya tezliklə ayrılmasını istəyir
PSJ prezidenti Kilian Mbappenin gələcəklə bağlı qərar verməsini israr edir.
Sportline.az xəbər verir ki, Nasser Al-Xelaifi hücumçunun anası və agenti Faiza Lamarini xəbərdar edib ki, klub oyunçunun ya müqaviləni uzatmaq, ya da bu yay Parisi tərk etmək qərarını gözləyir.
Heç bir müddət müəyyən edilməyib, lakin Fransa çempionlarının rəhbərliyi məsələni mümkün qədər tez həll etmək istəyir.