PSJ Neymarı satmağa hazırdır

PSJ bu transfer pəncərəsində hücumçu Neymarı satmağa hazırdır.

Sportline.az xəbər verir ki, Luis Enrikenin rəhbərlik etdiyi klubun məşqçilər korpusu futbolçunun mümkün gedişinin qarşısını almayacaq. 31 yaşlı braziliyalının Premyer Liqa, MLS və Səudiyyə Ərəbistanında oynamaq variantları var və maliyyə səbəblərinə görə "Barselona"ya qayıtmaq mümkün deyil.

Neymarın prioriteti MLS klubuna keçməkdir.

Neymar 2017-ci ildə 222 milyon avroya "Barselona"dan PSJ-yə keçib. O vaxtdan bəri o, 173 oyun keçirib, 118 qol vurub və 77 məhsuldar ötürmə verib. Futbolçunun parislilərlə müqaviləsi 2025-ci ilin iyununa kimi hesablanıb.