PSJ Neymarla vidalaşmaq istəyir
PSJ 2023/24 mövsümünün başlamazdan əvvəl eyni anda beş oyunçusu ilə yollarını ayırmağı planlaşdırır.
Sportline.az xəbər verir ki, Neymar, Marko Verratti, Renata Sançes, Uqo Ekitike və Xuan Bernat baş məşqçi Luis Enrike və idman direktoru Luis Kampos tərəfindən görüşə çağırılıb. Futbolçulara bildirilib ki, komanda onlarla hesablaşmır, ona görə də yeni klublar axtarmaq lazımdır.
PSJ Liqa 1-in ilk turunun matçında avqustun 12-də evdə "Loryen"lə qarşılaşacaq.