PSJ-nin baş məşqçisi saxlanıldı
PSJ-nin baş məşqçisi Kristof Qaltye ayrıseçkilik ittihamı ilə saxlanıb.
Sportline.az xəbər verir ki, bu səhər 56 yaşlı mütəxəssis və oğlu Con Valoviç-Qaltye Nitsada məşq edərkən irqçilik iddiası ilə polis tərəfindən həbs edilib. Onlar "irqi və ya dini zəmində ayrı-seçkilik" şübhələrinə görə ifadə veriblər.
İrqçi ifadələrlə bağlı iddialar təsdiqlənərsə, Kristofun 3 ilə qədər həbs cəzası ala biləcəyi bildirilib.