PSJ-nin futbolçusu "Milan"ın radarında
"Milan" PSJ-nin hücumçusu Uqo Ekitikeni transfer etməkdə maraqlıdır.
Sportline.az xəbər verir ki, "Milan" klubu məcburi satınalma əvəzinə almaq bəndi ilə icarə arzusundadır. Həmçinin, 21 yaşlı fransalı futbolçunun maaşı çox yüksək olduğundan, “rossonerilər” Paris tərəfinin maaşın bir hissəsini ödəməsini istəyir.
Ekitike 2022-ci ilin yayında "Reyms"dən PSJ-yə keçib. O vaxtdan bəri 32 matçda iştirak edib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.