PSJ-nin prezidenti Mbappeni satqın adlandırıb

PSJ-nin prezidenti Nasser Əl-Helaifi Mbappenin əsas heyətə qayıtmasına qarşı olduğunu bildirib.

Sportline.az Le Parisien nəşrinə istinadla xəbər verir ki, 24 yaşlı hücumçunun müqavilənin müddətini uzatmaq istəməməsi klub rəhbərliyinin səbr kasasını daşırıb.

Mbappeni satqın hesab edən Əl-Helaifi ona qarşı olan münasibətini açıq şəkildə büruzə verib.

Fransa çempionatının ilk turunu kənardan izləyəcək Kilianın komandanın əsas heyəti ilə yox, transferə çıxarılmış futbolçuları ilə məşq etdiyi bildirilir.