PSJ-nin yeni hədəfi

PSJ növbəti dəfə "Ayntraxt"ın hücumçusu Randal Kolo Muanini almağa çalışacaq.

Sportline.az xəbər verir ki, parislilər transferi bu həftə həyata keçirməyi planlaşdırır. PSJ Muani üçün kluba 7 milyon avro təklif etsə də, "Ayntraxt" bundan imtina edib. Fransa klubu bu gün yeni şərtlər göndərəcək.

24 yaşlı futbolçu bu mövsüm "Ayntraxt"ın heyətində 2 oyuna çıxıb, 2 qol vurub.

Hücumçunun alman klubu ilə müqaviləsi 2027-ci ilin iyununa qədərdir.