PSJ-nin yeni planı

PSJ "Benfika"nın hücumçusu Qonçalo Ramosa göz dikib.

Sportline.az xəbər verir ki, parislilər PSJ-yə keçmək istəməyən “Tottenhem”in hücumçusu Harri Keynlə danışıqlarda uğursuzluqdan sonra 22 yaşlı portuqaliyalıya keçib.

"Benfika" Ramos üçün təxminən 80 milyon avro istəyir. Hücumçu ötən mövsüm Lissabon komandasının heyətində bütün turnirlərdə 47 matçda 27 qol vurub və 12 məhsuldar ötürmə verib.