PSJ rusiyalı qapıçının transferini açıqlayıb

PSJ klubu" Krasdonar"da çıxış edən Matvey Safonovu transfer etdiyini açıqlayıb.

Sportline.az xəbər verir ki, 25 yaşlı qapıçı ilə müqavilə 2029-cu ilə qədər imzalanıb. Transfer Fransa klubuna bonuslar da daxil olmaqla 20 milyon avro başa gəlib.

Safonov bu mövsüm bütün turnirlər daxil olmaqla çıxdığı 30 oyunun 11-də qapısını toxunulmaz saxlayıb.

Təcrübəli qolkiperin "Krasndor"la 2029-cu ilə qədər müqaviləsi var idi.Transfermark portalında oyunçunun transfer dəyəri 20 milyon avrodur.

Qeyd edək ki, PSJ ötən mövsüm Liqa 1-in və Fransa kubokunun qalibi olub. "Krasnodar" isə Rusiya Premyer Liqasını 2-ci pillədə tamamlayıb.