PSJ yaxın günlərdə Kolo-Muaninin transferini başa çatdırmaq istəyir
PSJ yaxın günlərdə "Ayntraxt"ın hücumçusu Randal Kolo-Mouaninin transferini başa çatdırmaq istəyir.
Sportline.az xəbər verir ki, tərəflər transferi çərşənbə axşamına qədər təşkil etməyi planlaşdırır. PSJ bonuslar istisna olmaqla, 80 milyon avrodan az məbləğdə razılığa gəlməyə ümid edir.
“Ayntraxt” 24 yaşlı fransalı üçün parislilərdən 100 milyon avro tələb edir və dəyəri azaltmağı planlaşdırmır.
Kolo-Muani ötən yaydan “Ayntraxt”da çıxış edir. Bu mövsüm, o, komandanın heyətində Bundesliqa və Almaniya kubokunda iki matçda iki qol vurub.