Pulişiç rəsmən "Milan"da

Kristian Pulişiç "Milan"a keçib

Sportline.az xəbər verir ki, İtaliya klubu 24 yaşlı cinah oyunçusu ilə müqavilə imzaladığını açıqlayıb. O, 2027-ci ilə qədər daha bir mövsüm uzatma imkanı ilə müqavilə imzalayıb. 

Amerikalının transferi üçün  "Çelsi"nin 20 milyon avro və bonuslar alacağı bildirilirdi.

2022/23 Premyer Liqa mövsümündə Pulişiç 24 oyun keçirib və 1 qol vurub.