Qadın futbolçu FIFA-nı tənqid etdi

"Arsenal"ın və Niderlandın hücumçusu Vivianne Midema FIFA-nı 2023-cü il dünya çempionatı ilə bağlı tənqid edib.

Sportline.az xəbər verir ki, turnirdə zədənin çoxluğundan şikayətlənən futbolçu FIFA-dan narazi olduğunu bildirib.

"Bu turnirdə artıq nə qədər zədənin olduğunu görmək dəhşətlidir... Bu dünya çempionatı 26 oyunçu formatında oynanılmalı idi. Futbolçulardakı iş yükünü azaltmaq və məşqçilərə zədələrlə məşğul olmaq imkanı vermək lazımdır" - deyə Midema Tvitterdə etiraz edib.

2023-cü il dünya çetminatı üçün komandalara üç qapıçı daxil olmaqla, hər birində 23 oyunçunun iştirakına icazə verilib. Amma 2022-ci ildə Qətərdə keçirilən kişilər arasında dünya çempiuonatında komandalara 26-ya qədər oyunçunun olmasına icazə verilirdi.