Qadın futbolçuya 1 gecə keçirmək üçün 100 min avro təklif edildi

İsveçrəli qadın futbolçu Alişa Lemann son açıqlaması gündəmdən düşmür.

Sportline.az xəbər verir ki, Alişa almaniyalı reper, ifaçı, yutuber Şirin Davidin "YouTube" kanalında çıxış edərək sosial şəbəkələrin birində dünyaca məşhur ulduz nalayiq təklif aldığını deyib.

Alişa açıqlamasında “kim olduğunu açıqlamayacağam, amma o, bir az axmaqdır. Həmin mesajlar mənim mobil telefonumda var, amma ona cavab vermədim” deyib.

24 yaşlı Lemann “Aston Villa”nın və İsveçrə millisinin üzvüdür. O, əvvəllər “Yanq Boyz”, “Vest Hem” və “Everton”un da formasını geyinib.