"Qalatasaray" 17 yaşlı futbolçunu transfer edib
"Qalatasaray" 17 yaşlı futbolçunu transfer edib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-qırmızlar" "Leyptsiq"in 17 yaşlı futbolçusu Vinsent Bayındırı heyətinə qatıb.
İstanbul nəhənglərindən olan "Qalatasaray" sağ cinah müdafiə xətti üçün uzun müddət axtarışlarını davam etdirdikdən sonra Vinsent Bayındırla razılıq əldə edib.
Qeyd edək ki, Vinsent Bayındır "Leyptsiq" klubundan ayrıldıqdan sonra instaqram səhifəsində keçmş klubuna təşəkkür edib.