"Qalatasaray" 2 futbolçu ilə yolları ayıracaq
"Qalatasaray" 2 futbolçu ilə yolları ayıracaq.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-qırmızılar" Sercio Olveyra və Tanquy Ndombelenin müqaviləsini uzatmayacaq.
İstanbul nəhəngi hər iki futbolçunun performansından narazı olduğu üçün bu qərarı qəbul edib. Kərəm Aktürkoğlu üçün gələn təkliflər isə dəyərləndirləcək.
Qeyd edək ki, türkiyəli futbolçu özü də Avropa klublarından birinə transfer olmaq istədiyini komanda rəsmilərinə bildirib.