"Qalatasaray" 20 yaşlı cinah hücumçusunu heyətinə qatacaq

"Qalatasaray" 20 yaşlı çilili cinah hücumçusunu heyətinə qatacaq.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, hazırda Danimarkanın "Mityuland" klubunda çıxış edən 20 yaşlı hücumçu Dario Osorio karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

"Qalatasaray" klubunun skaut müdüri Fransis Caqiqao futbolçunun matçlarını izləyib və müsbət rəy bildirib.İstanbul nəhəniginin ən qısa müddətdə Dario Osorio üçün təklif göndərəcəyi gözlənilir.

Qeyd edək ki, Dario Osorio bu mövsüm "Mityuland" klubu ilə çıxdığı 16 oyunda 6 qolla yadda qalıb. Futbolçunun Transfermarkt portalında dəyəri 5 milyon avro olaraq göstərilib.