"Qalatasaray" Barış Alpər Yılmazla bağlı qərarını açıqlayıb
"Qalatasaray" Barış Alpər Yılmazla bağlı qərarını açıqlayıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-qırmızılar" gənc futbolçunu istəyən klublarla Avro 2024-dən sonra görüşəcəklərini bildiriblər.
İstanbul nəhəngi Barış Alpər Yılmazın Avro 2024-də qiymətinin daha da yüksələcəyini düşünür.
Qeyd edək ki, hazırda İtaliya və İngiltərə klubları Barış Alpər Yılmazın transferində maraqlıdırlar.