"Qalatasaray" "Benfika"nın futbolçusunu transfer edəcək

"Qalatasaray" "Benfika"nın futbolçusu ilə maraqlanır. 

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, "sarı-qırmızılar" Portuqaliya klubunda çıxış edən Orkun Kökçünü transfer etmək istəyirlər. 

Hazırda "Benfika" klubunda əsas heeyətə düşə bilməyən yarımmüdafiəçi klubdan ayrılmaq istədiyini bildirib."Qalatasaray" klubu Orkun Kökçünü transfer etmək istəsə də 30 milyon avro tələb olunduğundan keçid gerçəkləşməyib. 

Qeyd edək ki, İstanbul nəhəngi 23 yaşlı futbolçunu icarə əsasında heyətinə qatmaq barədə düşünəcək.