"Qalatasaray" gənc futbolçusunu geri çağırıb

"Qalatasaray" İngiltərə klubuna icarə əsasında transfer olunan futbolçusunu geri çağırıb.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, söhbət "Lester Siti" klubunda çıxış edən Yunus Akgündən gedir.

Bu mövsüm Çempionşipdə çıxış edən  "Lester Siti"yə transfer olunan Yunus Akgün çıxdığı 18 oyunda 1 qol,1 asistlə yadda qalıb.

Qeyd edək ki,"Lester Siti" klubu futbolçunu qalıcı olaraq transfer etmək istəsə də "Qalatasaray" qəbul etmməyib.