"Qalatasaray" mərakeşli futbolçunu transfer etməyə yaxındır

"Qalatasaray" "Fiorentina"nın futbolçusu Sofyan Amrabatı heyətinə qatmağa yaxındır.

Sportline.az jurnalist Cianluka Di Marzioya istinadla xəbər verir ki, tərəflər artıq hər mövzuda razılıq əldə ediblər.

Ulduz futbolçunun yaxın günlərdə Türkiyə klubu ilə rəsmi müqavilə imzalayacağı gözlənilir.

26 yaşlı yarımmüdafiəçi ötən mövsümü "Mançester Yunayted"də keçirib və 30 oyunda komadasının uğurları üçün çalışıb.

Qeyd edək ki, Sofyan Amrabatın qardaşı Nordin Amrabat da 2012-2015-ci illərdə "Qalatasaray"ın şərəfini qoruyub.