"Qalatasaray" onu istəyir

"Qalatasaray" "Atletiko"nun yarımmüdafiəçisi Rodriqo De Polla maraqlanır.

Sportline.az xəbər verir ki, istanbullular 29 yaşlı argentinalını satınalma maddəsilə icarəyə götürməyi planlaşdırır və artıq Madrid klubu ilə əlaqə saxlayıb.

“Qalatasaray” həmçinin “Atletiko”nun digər yarımmüdafiəçisi Saul Niqes, həmçinin “Mançester Yunayted”dən Fred və “Tottenhem”dən Tanquy Ndombele ilə də maraqlanır.