"Qalatasaray" portuqaliyalı ulduzu istəyir
"Qalatasaray" klubu porttuqaliyalı ulduz futbolçu üçün təklif göndərəcək.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-qırmızlar" "Benfika"dan Rafa Silvanı heyətinə qatmaq istəyirlər.
Buna səbəb isə Dris Mertensin komandadakı gələcəyi ilə bağlı dəqiq bir cavab verməməsi olub.
Qeyd edək ki. Portuqaliya klubunun Rafa Silva ilə bağlı hansıqərarı verəcəyi bilinmir.