"Qalatasaray" Van de Beki icarəyə götürə bilər
"Mançester Yunayted"in yarımmüdafiəçisi Donni van de Bek karyerasını Türkiyədə davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Qalatasaray" 26 yaşlı futbolçunu icarəyə götürmək istəyir. İlk 1,17 milyon avroluq təklifi mankunianlılar rədd edib.
Van de Beek 2020-ci ildə "Mançester Yunayted"ə keçib. 2022/23 mövsümündə futbolçu 10 oyun keçirib və qol vurmayıb.