"Qalatasaray" və "Milan" türkiyəli futbolçu üçün yarışa girib
“Qalatasaray” heyətini gücləndirmək üçün səylərini davam etdirir.
Sportline.az xəbər verir ki, İstanbul təmsilçisi “Ayntraxt Frankfurt”un gənc ulduzu Can Uzunun xidmətində maraqlıdır.
“La Gazzetta dello Sport”un məlumatına görə, “Qalatasaray” futbolçunu transfer etmək istəsə də, transfer uğrunda ciddi rəqabətlə üzləşib.
Bildirilir ki, A Seriyasının aparıcı klublarından “Milan” da Can Uzunu transfer etmək istəyir.
“Milan”ın yeni planlamasında hücum xəttinin gücləndirilməsi əsas prioritetlərdən biridir və Can Uzun bu istiqamətdə nəzərdən keçirilən futbolçular arasında yer alır.