"Qalatasaray"da daha bir ulduz
"Tottenhem"in yarımmüdafiəçisi Tanqi Ndombele tezliklə "Qalatasaray"a keçə bilər.
Sportline.az xəbər verir ki, türk klubu 26 yaşlı fransalı ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
"Tottenhem" daha əvvəl "Qalatasaray"ın 8 milyon avroluq təklifini rədd edib və satışdan minimum 10 milyon avro istəyir.
Ötən mövsüm Ndombele "Napoli"də icarə əsasında çıxış edib. O, bütün yarışlarda 40 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.