"Qalatasaray"da dəyişiklik

"Qalatasaray" klubu bir neçə futbolçusu ilə yollarını ayıra bilər.

Sportline.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Satışa çıxarılan oyunçuların adlarını açıqlayıb. Məlum olub ki, İstanbul təmsilçisi Davinson Sançez, Qabriel Sara və Roland Sallai kimi ulduzları ilə vidalaşmağa hazırdır.

Yeni mövsümdə iddialı komanda formalaşdırmaq istəyən "Qalatasaray" rəhbərliyi satışa çıxardığı oyunçular üçün kifayət qədər yüksək sayılacaq transfer haqqı müəyyənləşdirib. Belə ki, Sançezə sahib olmaq istəyən komanda ən azı 35 milyon avrodan keçməlidir. Qabriel Saranın transfer haqqı 20, Roland Sallainin keçid qiyməti isə 40 milyon avro müəyyən edilib.

Banner