"Qalatasaray"da zədəli futbolçuların dönəcəyi tarix bəlli olub

"Qalatasaray"da zədəli futbolçuların dönəcəyi tarix bəlli olub.

Sportline.az  Sporx.com-a istinadla xəbər verir ki, "sarı-qırmızlar"ın heyətində zədəli olan Davinson Sançes və Auriyer 1 həftəlik müalicəsini aldıqdan sonra yenidən yaşıl meydanlara qayıda biləcək. 

Komandanın baş məşqçisi Okan Buruk futbolçularına milli komandaların oyunları ilə yaranan fasilədən istiadə edərək 5 günlük tətil verib.

Qeyd edək ki, "Qalatasaray" 6 həftə sonra "Fənərbağça" ilə derbidən öncə bütün görüşlərdə qalib gələrək çempionluğa namizədliyini davam etdirmək niyyətindədir.