"Qalatasaray"dan daha bir transfer

"Bayer"in futbolçusu Kerem Demirbay karyerasını  "Qalatasaray"da davam etdirəcək. 

Sportline.az xəbər verir ki, bu haqda məşhur insayder Nikolo Şkira məlumat yayıb. Tərəflər artıq transfer üçün razılaşıblar. Müqavilə 2026-cı ilə qədər olacaq. Tezliklə  keçid rəsmi şəkildə açıqlanacaq.

30 yaşlı yarımmüdafiəçi Türkiyə vətəndaşıdır və eyni zamanda Türkiyə millisini gənclər səviyyəsində təmsil edib. Peşəkar karyerası ərzində o, yalnız Almaniya klublarında oynayıb. Kerem son 4 mövsümü "Bayer"də keçirib, yüzdən çox oyuna çıxıb, 15 qol vurub və 27 qolun ötürməsini verib.