“Qalatasaray”ın futbolçusu karyerasında bir ilki yaşaya bilər

“Qalatasaray”ın əslən Türkiyədən olan almaniyalı futbolçusu Kerem Demirbay karyera rekorduna imza ata bilər.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Kerem Demirbay karyerasının ən məhsuldar mövsümünü keçirməyə çox yaxındır.

Belə ki, 30 yaşlı futbolçu bu mövsüm daha 5 qolun vurulmasında iştirak etsə, karyera rekordunu qıracaq.

“Dayı” ləqəbli oyunçu bu mövsüm sarı-qırmızıların heyətində çıxdığı 35  oyunda 6 qol və 6 asistlik nəticə göstərib.