"Qalatasaray"ın futbolçusu Kopa Amerikida növbəti mərhələyə yüksəlib

Kopa Amerikanın 2-ci tur oyununda Kolumbiya millisi Kosta Rika üzərində 3-0 hesablı qələbə qazanıb.

Sportline.az xəbər verir ki, "Qalatasaray"ın oyunçusu Davinson Sançez matçda komandasının ikinci qolunu vurub və bu qələbə sayəsində Kolumbiya növbəti mərhələni təmin edib.

Kosta Rika isə bu oyundan sonra 1 xalla 3-cü pillədə qalıb.

Qeyd edək ki, ilk oyunda da 90 dəqiqə meydandan qalan Davinson Sançez ötən mövsüm Türkiyə klubunun heyətində 32 oyuna çıxıb.