"Qalatasaray"ın istədiyi futbolçu "İnter"ə keçə bilər
"Qalatasaray"ın istədiyi futbolçu "İnter"ə keçə bilər.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, İstanbul nəhənginin transfer etmək istədiyi türkiyəli futbolçu Can Uzun "İnter"ə transfer olunacaq.
"İnter"in türkiyəli futbolçusu Hakan Çalhanoğlu Almaniyanın "Nürnberq" klubunda çıxış edən gənc yarımmüdafiəçisi ilə görüşərək İtaliya klubuna keçməsini istəyib.Can Uzun isə "İnter"lə hər mövzuda razılıq əldə edcəyini bildirib.
Qeyd edək ki, Can Uzun bu mövsüm "Nürnberq" forması ilə çıxdığı 25 oyunda 16 qol, 3 asistlə yadda qalıb.