"Qalatasaray"ın ulduzu "Zenit"in hədəfində
"Zenit" yarımmüdafiəçi Nikolo Zaniolonun transferi üçün "Qalatasaray"la danışıqlara başlayıb.
Sportline.az xəbər verir ki, "Zenit"in 24 yaşlı italyan üçün "Qalatasaray"a 35 milyon avro təklif etdiyi və futbolçuya ildə 8 milyon avro ödəməyə hazır olduğu bildirilir.
Zaniolo 2023-cü ilin fevralında "Roma"dan "Qalatasaray"a keçib. Futbolçunun hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.