"Qalatasaray"ın yeni transferi fərqləndi, Nigeriya qələbə qazandı

Afrika Millətlər Kubokunun seçmə mərhələsində Nigeriya doğma meydanda Beninlə qarşılaşıb.

Sportline.az xəbər verir ki, Uyo şəhərində keçirilən görüş Nigeriyanın 3-0 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin qələbə qollarını Ademola Lukman (2) və Viktor Osimhen vurub.

Qeyd edək ki, bu qrupun digər oyununda Ruanda və Liviya milliləri 1-1 hesablı heç-heçəyə razı olublar.