"Qalib gəlsək, araq və pivə içəcəyik"

Rusiya Federasiyasındakı Kamerun diasporasının prezidenti Lui Quend maraqlı açıqlaması ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, SE-yə müsahibəsində Lui Quend yoldaşlıq oyununda Kamerun millisinin Rusiyanı məğlub edəcəyi halda bayram tədbirləri ilə bağlı suala maraqlı cavab verib.

"Rusiya ilə çətin oyunumuz var. Kamerun millisi məğlub olsa kədərdən, qalib gəlsə isə xoşbəxtlikdən araq və pivə içəcəyik" - deyə Lui Quend bildirib.

Qeyd edək ki, Rusiya - Kamerun yoldaşlıq görüşü oktyabrın 12-də Lev Yaşin adına "Dinamo" stadionunda olacaq.