Qaltyenin saxlanılması Enrikeyə təsir edir
Kristof Qaltyenin saxlanması Luis Enrikenin tezliklə PSJ-yə təyin olunmasının qarşısını ala bilər.
Sportline.az xəbər verir ki, bu gün parisli məşqçi "Nitsa"da olarkən mümkün irqçilik iddiası ilə polis tərəfindən saxlanılıb.
Hadisə PSJ üçün sürpriz olub. Bu vəziyyət Luis Enrikenin təyinatına təsir göstərə bilər, çünki parislilər hələ Qaltye ilə müqaviləni ləğv etməyiblər.