“Qarabağ” 3 futbolçu ilə yolları ayırdı
“Qarabağ” üç futbolçusu ilə əməkdaşlığa son qoyub.
Sportline.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.
Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə yolları ayrılıb.
Müqavilə müddəti başa çatan Emmanuel Addai və Ramil Şeydayevlə əməkdaşlığa yekun vurulub. İcarə əsasında komandada çıxış edən Sami Mmae isə məxsus olduğu kluba geri qayıdıb.
“Futbolçularımıza klubumuzda çıxış etdikləri müddətdə nümayiş etdirdikləri peşəkarlığa, komandamızın uğurlarına verdikləri töhfəyə görə təşəkkür edir, gələcək karyeralarında uğurlar arzulayırıq” - deyə açıqlamada bildirilib.