"Qarabağ" Bolqarıstan klubuna qarşı

“Qarabağ” bu gün Avstriyada növbəti yoxlama matçına çıxacaq.

Sportline.az xəbər verir ki, bu, iyunun 22-dən Tirolda hazırlıq prosesində olan Ağdam təmsilçisi üçün cari təlim-məşq toplanışında sonuncu oyun olacaq. Qurban Qurbanovun futbolçuları Bolqarıstanın SSKA komandası ilə üz-üzə gələcək. 

Sofiya təmsilçisi ötən mövsümü 2-ci yerdə başa vurub. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

20:00. “Qarabağ” - SSKA (Bolqarıstan)

Xatırladaq ki, Ağdam təmsilçisi bundan əvvəl 2 yoxlama matçı keçirib. “Ferensvaroş”la (Macarıstan) matç 3:3 hesabı ilə yekunlaşıb, “Legiya” ilə görüş isə Polşa təmsilçisinin qələbəsi ilə başa çatıb (2:0). 

“Qarabağ” iyulun 5-də Avstriya toplanışını başa vuraraq İspaniyanın Marbelya bölgəsinə yollanacaq. Burada 4 gün məskunlaşacaq komanda iyulun 9-da Çempionlar Liqasının I təsnifat mərhələsinin “Linkoln” ilə ilk oyunu üçün Cəbəllütariqə yollanacaq. Bu matç iyulun 11-də keçiriləcək.

Banner