“Qarabağ” 11-ci dəfə Azərbaycan Çempionu oldu

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü dövrə başlanır.

Sportline.az xəbər verir ki, ilk oyun günündə iki oyun olacaq.

“Qarabağ” sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirə bilər. Ağdam təmsilçisi bunun üçün “Kəpəz”ə uduzmamalıdır.

Günün digər matçında isə “Neftçi” ilə “Qəbələ” üz-üzə gələcək.

Turun digər oyunları martın 30-31-də olacaq.

Azərbaycan Premyer Liqası
XXVIII tur
29 mart (cümə)

16:30. “Qəbələ” – “Neftçi” 0-1
Qol:  
Kilan Lebon, 42
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Qəbələ şəhər stadionu

19:00. “Kəpəz” – “Qarabağ” 0-5

Qol: Romao 21, Juninyo 52, 56, Abbas Hüseynov 64, Elvin Cəfərquliyev 69

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Tofiq Bəhramov adına Respublika stadionu