"Qarabağ" İspaniyaya yollandı
"Qarabağ" komandası Avstriyada iyunun 22-dən davam edən təlim-məşq toplanışını başa vurub.
Azərbaycan çempionu bu gün İspaniyanın Marbelya bölgəsinə yollanıb.
Burada 4 gün məskunlaşacaq Ağdam təmsilçisi iyulun 9-da Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Linkoln” ilə ilk oyunu
üçün Cəbəllüttariqə yollanacaq.