"Qarabağ" portuqaliyalı futbolçu ilə maraqlanır
Azərbaycan çempionu “Qarabağ” 2023/24 mövsümünün hazırlığını davam etdirir.
Sportline.az xəbər verir ki, Ağdam klubu heyəti gücləndirmək üçün daha bir transferə hazırlaşır.
Söhbət “Maritimu”nun futbolçusu Andre Vidiqaldan gedir.
24 yaşlı vinger hər iki cinahda oynamaq bacarığına malikdir.
Qeyd edək ki, Vidiqal “Koimbra”, “Fortuna Sittard”, APOEL və “Eştoril” komandalarının da şərəfini qoruyub.