"Qarabağ" "Sabah"a, "Turan Tovuz" "Qəbələ"yə qarşı

Bu gün Azərbaycan Premyer Liqasında VI tura yekun vurulur.

Sportline.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma olacaq.

Əvvəlcə “Turan Tovuz” və “Qəbələ” komandaları meydana çıxacaqlar.

Turun mərkəzi görüşündə isə “Qarabağ” "Sabah"ı qəbul edəcək. 

Qeyd edək ki, turun ilk oyunlarında “Zirə” “Sumqayıt”ı, “Araz-Naxçıvan” “Neftçi”ni 1:0, “Səbail” isə “Kəpəz”i 3:0 hesabı ilə məğlub edib.

Premyer Liqa
VI tur
17 sentyabr (bazar)

16:30. “Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Elşad Abdullayev, Asiman Əzizli, Emin Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Tovuz şəhər stadionu

19:30. “Qarabağ” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rəşad Əhmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Tofiq Bəhramov adına Respublika Stadionu