"Qarabağ" türkiyəli futbolçuya təklif göndərib

Heyəti gücləndirmək niyyətində olan "Qarabağ" "Samsunspor"un futbolçusu Ahmet Saqatla maraqlanır. 

Sportline.az "Ajansspor"a istinadən xəbər verir ki, "Qarabağ" 27 yaşlı hücumçu üçün I Liqa təmsilçisinə təklif göndərib.

Azərbaycan çempionu ilə yanaşı, Belçika "Mehelen"i də türkiyəli oyunçunun xidmətində maraqlıdır. 

Qeyd edək ki, Ahmet Saqat ötən il "Menemenspor"dan "Samsunspor"a keçib.

Banner