"Qarabağ" Vətənə qayıdıb

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda Almaniyanın "Bayer 04" klubuna 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandıran "Qarabağ" Vətənə qayıdıb.

Sportline.az xəbər verir ki, Azərbaycan çempionunu Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlər, azarkeşlər və futbol ictimaiyyətinin nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, Qurban Qurbanovun komandası martın 7-də Bakıda keçirilən ilk oyunda rəqibi ilə heç-heçə (2:2) etmişdi.

Leverkuzendə baş tutan qarşılaşmada 3:2 hesabı ilə qalib gələn "Bayer 04" UEFA Avropa Liqasının 1/4 finalına vəsiqə qazanıb.