"Qarabağ"ın futbolçusunun növbəti testi də müsbət alındı

Milli komandamızın ölkə xaricindəki təlim-məşq toplanışı zamanı koronavirusa yoluxmuş futbolçularından biri sağalıb.

Sportline.az xəbər verir ki, "Sabah"ın futbolçusu Təmkin Xəlilzadənin testi mənfi çıxıb. Onun 1-2 gün ərzində Bakıya qayıdacağı gözlənilir.

Xəlilzadə ilə birlikdə Xorvatiyada olan "Qarabağ"ın müdafiəçisi Rahil Məmmədovun isə, növbəti testi də müsbət çıxıb. Hər iki oyunçunun UEFA Millətlər Liqasının V turunun Monteneqro ilə matçından sonra koronavirusa yoluxduğu bəlli olmuşdu.

VI turda Lüksemburqla qarşılaşmadan əvvəl yoluxmuş Maksim Medvedev isə sabah test verəcək. 31 yaşlı müdafiəçi hazırda Lüksemburqdadır.

Qeyd edək ki, Azərbaycan millisi Monteneqro və Lüksemburq ilə qolsuz heç-heçə edib.