"Qarabağ"ın maraqlandığı qapıçı Rusiya klubuna təklif olundu
Bir müddət əvvəl "Qarabağ"ın maraqlandığı rusiyalı qapıçı Andrey Lunyovun karyerası ilə bağlı məsələ hələ də qaranlıq qalır.
Sportline.az Sport-express nəşrinə istinadla xəbər verir ki, "Bayer"in sabiq qolkiperi bugünlərdə Rusiyanın "Rubin" klubuna təklif olunub.
Kazanlıların futbolçunun yüksək məvacib tələbi ilə bağlı tərəddüd etdiyi bildirilir.
Həmçinin, 31 yaşlı futbolçunun oyun təcrübəsinin azlığı da transferin reallaşmasına maneəçilik törədir.
Qeyd edək ki, Lunyov 2022/23 mövsümündə "Bayer"in heyətində çıxdığı cəmi 1 oyunda qapısında 2 top görüb.